Göygöldə maşın aşdı Sərnişin öldü

18.04.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Göygöldə minik maşını aşıb.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Çaylı kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Mercedes" markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan sərnişin - 2007-ci il təvəllüdlü Ö.İsmayılov hadisə yerində ölüb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Fakt araşdırılır.

Tural Əhmədov


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью