Göygöldə maşın aşıb, xəsarət alanlar var

07.03.2025

Icma.az, Apa.az saytına istinadən bildirir.

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, "Mitsubishi" markalı minik maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью