Göygöldə maşın dərəyə aşaraq qaz xəttinə çırpıldıFOTO

25.11.2024

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində “Renault” markalı minik maşını yoldan çıxaraq dərəyə aşıb.

Qəzadan sonra minik maşını qaz xəttinə çırpılıb. Nəticədə qaz xətti sıradan çıxıb, rayonun Hacıməlik qəsəbəsinin bir hissəsinə qazın verilməsində fasilə yaranıb.

Avtomobilin sürücüsü 1968-ci il təvəllüdlü N.Cəfərov xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətlərin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью