Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. Göygöldə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Lent.az xəbər verir ki, hadisə rayonun Quşqara kəndində qeydə alınıb.
Hərəkətdə olan minik maşını yolu keçmək istəyən 1980-ci il təvəllüdlü R.Səfərovanı vurub. Piyada xəstəxanaya yerləşdirilib.
Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.