Göygöldə məktəbdə kütləvi zəhərlənmə: 10 a yaxın şagird xəstəxanaya yerləşdirilib

17.02.2026

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Göygöldə orta məktəbdə kütləvi zəhərlənmə olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə C.Verdiyev adına Aşıqlı kənd ram orta məktəbində qeydə alınıb.

Belə ki, ötən gün dərs prosesi zamanı məktəbin 10-a yaxın aşağı sinif şagirdi özlərini pis hiss ediblər.

Dərhal şagirdlər xəstəxanaya yerləşdirilib, onlara yardım edilib.

İlkin iddialara görə, şagirdlər məktəbdə yedikəri qidadan zəhərləniblər.

Hadisə ilə bağlı adiyyatı qurumlar tərəfindən araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью