Göygöldə meyit tapılıb, araşdırma aparılır

04.02.2026

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Göygöl rayonunda kişi meyiti aşkarlanıb.

APA xəbər verir ki, rayon Polis Şöbəsinə Molla Cəlilli kəndi ərazisində üzərində zorakılıq əlamətləri olan meyitin aşkarlanması barədə məlumat daxil olub.

Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçiriblər.

Meyiti tapılan şəxsin 1986-cı il təvəllüdlü Sabiq Quliyev olduğu müəyyən edilib.

Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью