Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Göygöldə meyiti tapılan şəxsin qətlə yetirildiyi məlum olub.
Bunu APA-nın yerli bürosuna, meyiti tapılan Mollacəlilli kənd sakini 1986-ci il təvəllüdlü Saqib Quliyevin anası Rəna Quliyeva bildirib.
O oğlunun dünən günorta evdən çıxdığını və bir daha geri dönmədiyini bildirib.
Onun sözlərinə görə oğlu evi təmir etdiyi üçün evdən boya almağa çıxıbmış. Yalnız bu gün günorta saat 3 radələrində oğlunun öldürüldüyü barədə onlara xəbər verilib.
Mərhumun anası onu da qeyd edib ki, oğlu sakit biri olub və heç kəslə problemi olmayıb.
***
16:50
Göygöl rayonunda meyit aşkarlanıb.
APA-nın yerli bürosu xəbər verir ki, rayon Polis Şöbəsinə Molla Cəlilli kəndi ərazisində üzərində zorakılıq əlamətləri olan meyitin aşkarlanması barədə məlumat daxil olub. Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçiriblər.
Meyiti tapılan şəxsin 1986-cı il təvəllüdlü Sabiq Quliyev olduğu müəyyən edilib.
Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.