Göygöldə mikroavtobus aşdı, yaralananlar var

20.06.2026

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, qəza Bakı–Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “QAZel” markalı mikroavtobus idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Hadisə nəticəsində mikroavtobusda olan 4 nəfər müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Məlumata görə, mikroavtobus fəhlələri istixanaya apararkən qəzaya düşüb. İlkin ehtimala əsasən, qəza nəqliyyat vasitəsinin qarşısına itin çıxması səbəbindən baş verib.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью