Göygöldə minik maşını dərəyə aşıb, xəsarət alan var FOTO

25.11.2024

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info – nun APA-ya istinadən məlumatına görə, Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində “Renault” markalı minik maşını yoldan çıxaraq dərəyə aşıb.

Qəzadan sonra minik maşını qaz xəttinə çırpılıb. Nəticədə qaz xətti sıradan çıxıb, rayonun Hacıməlik qəsəbəsinin bir hissəsinə qazın verilməsində fasilə yaranıb.

Avtomobilin sürücüsü 1968-ci il təvəllüdlü N.Cəfərov xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətlərin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью