Göygöldə ölənlərdən biri müəllim imiş

05.03.2025

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, Göygöldə 4 nəfər zəhərlənərək ölüb. 

“Qafqazinfo”nun məlumatına görə, vəfat edən qadınlardan biri müəllim imiş.

Belə ki, 25 yaşlı Münəvvər Hüseynova Şəmkir rayonunun Səməd Vurğun adına qəsəbə tam orta ümumtəhsil məktəbində Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə dərs deyirmiş.

Xatırladaq ki, dəm qazından və ya qida zəhərlənməsindən öldükləri deyilən şəxslər 1990-cı il təvəllüdlü S. Müseyibova, 1999-cu il təvəllüdlü S. Hüseynli və onun bacıları - 2000-ci il təvəllüdlü M. Hüseynova və 2004-cü il təvəllüdlü X. Hüseynovadır.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью