Göygöldə ot maşını Nissan la toqquşdu

27.01.2025

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Göygöldə 2 nəfərin xəsarət alaması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Unikal"ın məlumatına görə, hadisə rayonun Qızılca kəndinin yaxınlığında qeydə alınıb. Belə ki, hərəkətdə olan "Nissan" "KamAz"la toqquşub. Qəza zamanı minik maşınında olan iki nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıb.

İlkin məlumata görə, qəzaya səbəb otla dolu "KamAz"ın minik maşının yolununa çıxması olub.

Fakt araşdırılır.

Tural Əhmədov


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью