Göygöldə pərdə asan qadın pəncərədən düşdü

30.03.2025

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Göygöldə qadın ehtiyatsızlıqdan ikinci mərtəbədən yıxılıb.

"Unikal"ın məlumatına görə, hadisə rayonda yerləşən 5 mərtəbəli yaşayış binalarının birində  qeydə alınıb. Belə ki 1981-ci il təvəllüdlü G.Xancığazova sözügedən binanın 2-ci mərtəbəsindən yerə yıxılıb. Müxtəlif bədən xəsarətləri alan qadın  xəstəxanaya yerləşdirilib. Qadının  vəziyyətinin orta ağır olduğu bildirilir. İlkin məlumata görə, G.Xancığazova yaşadığı evin eyvanında pərdə asan zaman ehtiyatsızlıqdan yıxılıb.

Tural Əhmədov


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью