Göygöldə piyada yolda CAN VERDİ

21.04.2025

Icma.az bildirir, Lent az portalına istinadən.

Göygöldə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  

Lent.az xəbər verir ki, Məmmədov Ülvi Vidadi oğlu idarə etdiyi "İsuzu NQR" markalı, 77 RX 026 dövlət qeydiyyat nişanlı evakuator avtomobili ilə Göygöl rayonu, Yeni Qızılca kəndi ərazisindən Daşkəsən rayonu istiqamətdə hərəkətdə olarkən yolu keçən piyada Müzakir Abdullayevi  vurub. 
Piyada almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью