Göygöldə piyadanı avtomobil vuraraq öldürdü

14.12.2025

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Göygöldə piyada yol qəzasında ölüb.

"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Üçtəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan minik maşını yolu keçmək istəyən 1965-ci il təvəllüdlü M. Mamedovu vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Qəzadan sonra avtomobil yol kənarındakı dəmir arakəsməyə çırpılıb, daha sonra aşıb. Hadisə yerində polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью