Göygöldə piyadanı maşın vurdu

17.02.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Göygöldə piyadanı maşın vurub.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Qızılqaya qəsəbəsində qeydə alınıb. Belə ki hərəkətdə olan avtomobil orta yaşlı kişini vurub. Piyada təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb. .Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью