Göygöldə piyadanın ölümü ilə nəticələnən qəza baş verib

27.11.2024

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Göygöldə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə rayonun Quşqara kəndində qeydə alınıb.

Hərəkətdə olan minik maşını yolu keçmək istəyən 1980-ci il təvəllüdlü R.Səfərovanı vurub.

Piyada xəstəxanaya yerləşdirilib. Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью