Göygöldə QƏZA: İki qardaş xəsarət alıb

17.11.2024

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, Bakı-Qazax yolunun rayonun Balçılı kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı iki qardaş xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Xəsarət alanlar 1990-cı il təvəllüdlü S.Quliyev və onun qardaşı 1989-cu il təvəllüdlü N.Quliyevdir.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью