Göygöldə qəza Maşınlardan biri dərəyə düşdü

08.01.2026

Icma.az bildirir, Unikal.az portalına istinadən.

Göygöldə yol qəzası olub.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Üçtəpə kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki minik avtomobili toqquşub.

Zərbənin təsirindən avtomobillərin biri idarəetmədən çıxaraq dərəyə aşıb.

Qəza nəticəsində bir nəfər yüngül xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью