Göygöldə qəza olub, iki qardaş xəsarət alıb

17.11.2024

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, Bakı-Qazax yolunun rayonun Balçılı kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı iki qardaş xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Xəsarət alanlar 1990-cı il təvəllüdlü S.Quliyev və onun qardaşı 1989-cu il təvəllüdlü N.Quliyevdir.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью