Icma.az, Ayna saytına istinadən bildirir.
Qəzada sonra minik maşını yol kənarındakı dəmir arakəsməyə çırpılıb
Göygöldə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AYNA.AZ-ın APA-ya istindən məlumatına görə, hadisə Bakı Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki hərəkətdə olan “KİA” markalı minik maşını yolu keçmək istəyən 1965-ci il təvəllüdlü M.Mamedovu vurub. Piyada hadisə yerində ölüb.
Qəzada sonra minik maşını yol kənarındakı dəmir arakəsməyə çırpılıb, daha sonra aşıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.