Göygöldə qohumunu tüfənglə hədələyən şəxs saxlanılıb

13.03.2025

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Göygöldə vətəndaşı odlu silahla hədələməkdə şübhəli bilinən şəxs saxlanılıb.

APA-nın yerli bürosu xəbər veri ki, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində sərxoş halda ov tüfəngi ilə qohumunu hədələməkdə şübhəli bilinən rayon sakini İ.Ağakişiyev saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью