Göygöldə restoranda iki yeniyetmə döyülüb

22.07.2025

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Göygöl rayonunun Aşıqlı kəndində yerləşən restoranlardan birində iki yeniyetmə döyülüb.

APA-nın yerli bürosunun məlumatına görə, 2009-cu il təvəllüdlü R. Mustafayev və İ. İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Zərərçəkənlərə dərhal tibbi yardım göstərilib. Həkimlər onların vəziyyətini qənaətbəxş kimi qiymətləndirir.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью