Göygöldə sürüşmə: Yol bağlandı VİDEO

22.01.2025

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ötən gün Göygöl rayonu, yerli əhəmiyyətli Çaykənd-Quşçu-Sarısu avtomobil yolunun 2-ci kilometrlik hissəsində yamacdan torpaq qatının yolun hərəkət hissəsinə doğru sürüşməsi baş verib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Bizim.Media-ya bildirilib ki, dərhal əraziyə AAYDA-nın Göygöl rayonu üzrə tabeli təşkilatının xüsusi texnikası və canlı qüvvəsi səfərbər olunub.
Qısa müddət ərzində yolun hərəkət hissəsi torpaq qatından təmizlənərək avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti təmin olunub.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью