Göygöldə TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb

21.12.2024

Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.

Bakı-Qazax magistral yolunda Türkiyə vətəndaşı olan sürücü vəfat edib.

"Report"un Qərb bürosunun məlumatına görə, Bakı-Qazax magistral yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində Türkiyə vətəndaşı olan TIR sürücüsü dünyasını dəyişib.

İlkin ehtimala əsasən, o, ürəktutmasından ölüb. Meyit tibbi ekspertizaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью