Göygöldə yol qəzası baş verib, xəsarət alanlar var

09.06.2025

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, qəza rayonun Üçtəpə kəndində qeydə alınıb.
Belə ki, "Opel" və "Toyota" markalı minik avtomobilləri toqquşub.

Nəticədə, 1979-cu il təvəllüdlü H.Məlikov və 1994-cü il təvəllüdlü C.Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью