Icma.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Hadisə nəticəsində iki nəfər xəsarət alıb
Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.
AYNA.AZ-ın APA-ya istinadən məlumatına görə, hadisə Gəncə-Daşkəsən-Xoşbulaq yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. "Ford" markalı mikroavtobusla minik avtomobili toqquşub.
Qəza nəticəsində iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.