Göygöldə yol qəzası: piyada öldü

19.04.2025

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Göygöl rayonunda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, qəza rayonun Yeni Qızılca kəndində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu keçmək istəyən orta yaşlı kişini vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Hazırda onun şəxsiyyəti müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью