Göygöldə yük maşını piyadanı vurub

25.08.2026

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Göygöldə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, Rəhman Allahverdiyev idarə etdiyi “Zil MMZ-45021” markalı yük avtomobilini arxaya doğru hərəkət etdirərkən yol kənarında dayanmış piyada 1963-cü il təvəllüdlü İman Məmmədovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью