Göygölün bir neçə kəndi işıqsız qalıb?

11.02.2026

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Göygöl rayonunun bəzi ucqar kəndlərində elektrik enerjisinin verilişində fasilə yarandığı bildirilir.

Oxu.Az xəbər verir ki, buna səbəb güclü qarın yağması göstərilir.

"Azərenerji" ASC-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Göygöldə bir neçə deyil, yalnız bir kəndə gedən elektrik xəttində problem yaranıb.

"Yağan güclü qar səbəbindən Çaykənd kəndinə gedən xətdə qəza baş verib. Hazırda əməkdaşlarımız ərazidə işləyirlər. Yaxın yarım saat ərzində elektrik enerjisinin verilməsi bərpa olunacaq", - deyə məlumatda bildirilir.

Əzizə İsmayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью