Göygölün futbolçusu 3 oyunluq diskvalifikasiya edildi

02.12.2024

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

AFFA İntizam Komitəsi Azərbaycan II Liqasında çıxış edən “Göygöl”ün futbolçusu Elşən Mirzəyevi 3 oyunluq cəzalandırıb.

Fanat.Az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, qərar komitənin iclasında qəbul edilib.

Buna futbolçunun X turda baş tutan “Göygöl” – “Şəfa” matçının 83-cü dəqiqəsində qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə alması səbəb olub. Mirzəyevin klubu da 200 manat cərimələnib.

Qurum həmçinin “Ağdaş” klubunu 150 manat ödəməyə məcbur edib. "Ağdaş" X turda “Qusar”a qarşı keçirdikləri ev matçında yerli azarkeşlər pirotexniki vasitədən istifadə etdikləri üçün cəzalandırılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью