Göygölün səsi... Video

17.04.2025

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Göygöl Milli Parkına qar yağıb. 

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) sosial şəbəkə hesabında paylaşım edilib. 

Görüntülərdə ağ örpəyə bürünmüş dağların əhatəsində, buz kimi təmiz suların görüntüsü yer alıb. Təbiətin sakitliyini pozan yeganə səs isə suyun şırıltısıdır.

Qeyd edək ki, Göygöl Milli Parkı hər fəsildə fərqli gözəlliyi ilə diqqət çəkir. Bu cür qar mənzərələri isə yaz aylarında nadir hallarda müşahidə olunur.

Həmin görüntüləri təqdim edirik:

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью