Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır. Çində qeyri-adi təbiət hadisəsi baş verib.
Belə ki, Qinghai əyalətində tam dairəvi formada göyqurşağı müşahidə olunub.
Sosial şəbəkələrdə sürətlə yayılan görüntülər izləyicilərin marağına səbəb olub.
Sfera.az xəbər verir ki, hadisə yüksək hündürlükdə, buludların üzərində baş verib.
Bu da göyqurşağının tam dairə formasında görünməsinə şərait yaradıb.
Adətən göyqurşağı yer səviyyəsində yarımqövs formasında müşahidə olunsa da, təyyarə və ya yüksək nöqtələrdən baxıldıqda onun dairəvi halı görünə bilir.
Mütəxəssislərin sözlərinə görə, bu hadisə optik illüziya deyil, təbiətin nadir və elmi izahı olan hadisəsidir.
Günəş işığının su damcıları ilə qarşılaşması nəticəsində yaranan bu işıq qırılması prosesi göyqurşağının tam dairə şəklində görünməsinə səbəb olub.