Göytəpədə sərhəd əməliyyatı: Narkotik vasitələr aşkarlanıb

26.08.2025

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

İrandan Azərbaycana 6 kiloqram narkotikin keçirilməsinin qarşısı alınıb.

Bu barədə Redaktor.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, avqust ayının 22-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması halının qarşısı alınıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 6 kiloqram 95 qram marixuana, 150 ədəd Gelopain-400, 60 ədəd Portal 0.4 və 60 ədəd Sigomet həbləri aşkar ollunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью