Göz altındakı qançırlar qaraciyər xəstəliyinə də işarə ola bilər

30.04.2025

Icma.az bildirir, Missiya.az portalına istinadən.

"Gözlər altındakı qaranlıq dairələr qaraciyər və ürək-damar patologiyalarını göstərə bilər".

Missiya.Az xəbər verir ki, bu barədə rusiyalı cərrah Aleksandr Umnov "İzvestiya"ya danışıb.

Cərrahın sözlərinə görə, göz altındakı qançırlar ən çox kəllə əsasının, yuxarı çənənin və orbital sümüklərin sınığı nəticəsində yaranan travmatik təsirin nəticəsidir.

Umnov əlavə edib ki, gözaltı qaralar qaraciyər və ürək-damar sistemi ilə bağlı problemlərdən qaynaqlanır.

Qeyd edək ki, sözügedən durum çox vaxt orqanizmin quruluşundan, genetik faktorlardan irəli gəlir.

Zərintac Mayisqızı
Missiya.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью