Göz görə görə özünüzü xərçəng etməyin

04.06.2026

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sosial şəbəkələrdə geniş yayılan bəzi yemək videoları insan sağlamlığı üçün ciddi təhlükə yaradır. Son vaxtlar baxış sayı milyonları ötən çarxlarda boşalmış tomat və konserv qablarından sobada, yaxud ocaq üstündə yenidən istifadə edilməsi trendə çevrilib.
Demokrat.az bildirir ki, qida mühəndisi Tuğba Bayburtluoğlu sosial şəbəkələrdə populyarlaşan bu vərdişlərlə bağlı xəbərdarlıq edib. O bildirib ki, konserv və tomat qabları yalnız məhsulların saxlanması üçün istehsal olunur və yüksək temperaturda istifadə üçün nəzərdə tutulmayıb.
Xüsusilə birbaşa istiyə məruz qalan metal qablaşdırmalar zamanla sıradan çıxır. Nəticədə qabın daxili səthindəki zərərli kimyəvi maddələr birbaşa qidaya keçir.
Araşdırmalara əsasən, bir çox insan mətbəxdə qab-qacaq yumaqdan qaçmaq və ya işini asanlaşdırmaq üçün bu zərərli üsula əl atır. Lakin qısamüddətli rahatlıq gələcəkdə ağır fəsadlar törədir. Tuğba Bayburtluoğlu mətbəxdəki hər əşyanın öz təyinatı olduğunu xatırladaraq, yüksək temperaturda istifadə edilən materiallara qarşı daha diqqətli olmağı tövsiyə edib.
Ekspertlərin fikrincə, qida təhlükəsizliyi təkcə məhsulun təzəliyi və ya son istifadə tarixi ilə məhdudlaşmır. Yeməyin hazırlandığı mühit, avadanlıqlar və şərait də ən az qidanın tərkibi qədər əhəmiyyətlidir.
Bu səbəbdən yumurta qaynatmaq üçün kiçik qazanlardan, tərəvəz közləmək üçün isə uyğun tavanlardan istifadə edilməlidir. İnternetdə sürətlə yayılan hər məsləhətə inanmaq olmaz. İlk baxışdan sadə görünən vərdişlər uzunmüddətli dövrdə ciddi xəstəliklərə yol açır. Oxucular təkcə praktikliyə deyil, istifadə etdikləri qabların təhlükəsizliyinə də önəm verməlidirlər.
İsmayıl
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью