Göz görəgörə ölümə gedirlər: Bu yolda faciə yaşana bilər VİDEO

17.12.2024

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Piyadaların ən çox qayda pozduqları yerlərdən biri də paytaxtın Mirzəağa Əliyev küçəsidir. Avtosfer.az xəbər verir ki, sözügedən yolda yeraltı keçidin olmasına baxmayaraq, piyadalar oradan istifadə etmir. Özlərini qəfildən yola atan piyadalar digər hərəkət iştirakçılarına təhlükəli vəziyyət yaradırlar.

Belə hallardan biri sürücünün kamerasına qeyd olunub. Videodan da göründüyü kimi, piyadanın biri park istiqamətinə, digəri isə əks tərəfə keçərək avtomobillərə mane olurlar.

Bu yolda piyadaların qayda pozması artıq kütləvi hala çevrilib.

Fərid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью