Göz qapağına geyiminin zəncirbəndi ilişdi Video

18.06.2026

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonunda vətəndaşın köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

“Qafqazinfo” xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 2003-cü il təvəllüdlü vətəndaşın göz qapağının geyiminin zəncirbəndinə ilişməsi nəticəsində təhlükəli vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər tərəfindən təhlükəsizlik qaydalarına riayət edilməklə vətəndaşa müvafiq köməklik göstərilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью