Göz quruluğunu aradan necə qaldıraq? | Icma.az
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Göz quruluğunun təkcə kompüter qarşısında uzun müddət işləməkdən deyil, həmçinin qida rasionunda yağların çatışmazlığından, yuxu rejiminin pozulmasından və gözyaşı vəzilərinin düzgün işləməməsindən qaynaqlana biləcəyi bildirilir.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Gazeta.ru"ya rusiyalı oftalmoloq, tibb elmləri namizədi Kirill Svetlakov məlumat verib.
"Göz yaşının az ifraz olunmasının əsas səbəbi yorğunluqdur. Kompüterdə uzun müddət işləmək gözlərə mənfi təsir göstərir.
Göz quruluğunun ikinci səbəbi isə keyfiyyətsiz və kifayət qədər olmayan yuxudur.
Yuxu orqanizmin, o cümlədən görmə orqanlarının bərpası üçün vacibdir.
Əgər insan az və ya pis yatırsa, qızarmış və qıcıqlanmış gözlərlə oyanacaq", - həkim bildirib.
Xəstəliyin inkişafının üçüncü səbəbi balanslaşdırılmamış qidalanma və yağsız pəhrizlərdir.
Tam oxu
Xəbəri oxu