Icma.az, Saglamolun saytına istinadən bildirir. Maye daim gözdə hasil olunur və daha sonra oradan axıb gedir.
Mayenin gözdən axması prosesi pozulduqda, orada artıq miqdarda yığılmağa başlayır.
Nəticədə maye gözün divarına daha güclü təzyiq etməyə başlayır ki, bu da müxtəlif göz xəstəliklərinin və pozulmalarının inkişafına yol açır.
Bu fikirləri Azertag.az-a məxsusi müsahibəsində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin baş həkimi, tibb elmləri doktoru, həkim-oftalmoloq Aytən Sultanova bildirib.
Həkim deyib: "Göz təzyiqi sağlam gözlərdə də var. Lakin bu artıq patoloji deyil, fizioloji haldır.
Göz təzyiqinin normal olması gözün sağlamlığı üçün olduqca vacibdir.
Gözdə təzyiqin artması adətən gicgah nahiyələrində olan baş ağrıları, xüsusilə gözlərin hərəkəti zamanı göz ağrıları, gözlərdə yorğunluq kimi simptomlarla özünü büruzə verir.
Gözlərdə diskomfort, xüsusilə kompüterdə işlədikdə və kiçik hərflərlə yazılan mətnləri oxuduqda hiss olunur.