Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Yaponiyanın texnologiya istehsalçısı “Kyodo” uzun müddət ekran qarşısında vaxt keçirən istifadəçilər üçün nəzərdə tutulan “Myofree” adlı yeni planşetini təqdim edib. Cihaz xüsusi görüntü texnologiyası vasitəsilə göz yorğunluğunu azaltmağı hədəfləyir.
“Bakupost” xəbər verir ki, 15,6 düymlük ekrana malik “Myofree” xüsusi polarizasiya eynəkləri ilə işləyir. Planşetdə istifadə olunan paralel görüntü texnologiyası uzunmüddətli ekran istifadəsi zamanı gözlərin daha az yorulmasına kömək etmək üçün hazırlanıb.
Şirkət yeni planşeti hazırlayarkən beyin elmi və oftalmologiya sahələrində aparılan tədqiqatlardan yararlanıb. “Kyodo” bu texnologiya ilə ənənəvi planşetlərdən fərqlənməyi və uzun müddət ekran qarşısında işləyən istifadəçilərə daha rahat görüntü təcrübəsi təqdim etməyi hədəfləyir.
Vüsalə Hüseynova,
BakuPost