Gözdən əlil gənc metro qatarının altına düşərək həlak olub

10.12.2024

Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.


Qazaxıstanın Almatı şəhərində sərnişin metro qatarının altında qalaraq həlak olub.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə şəhər polis idarəsinin mətbuat xidməti məlumat yayıb. Qatarın altına düşərək vəfat edən şəxs gözdən əlil olub.
26 yaşlı gəncin ölüm faktı ilə bağlı araşdırma aparılır.
Hadisənin digər halları müəyyənləşdirilir.
Mehman Mehdiyev
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью