Icma.az bildirir, 525.az portalına istinadən.
Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 5 Nömrəli Respublika Xüsusi İnternat Məktəbində Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Nəşriyyatı və bp-nin birgə layihəsi ilə gözdən əlil oxucular üçün brayl əlifbasında nəşr olunmuş 19 adda kitabın təqdimatı keçirilib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Fərid Hüseyn məlumat verib.
O bildirib ki, layihənin rəhbəri Mədəniyyət Nazirliyinin sektor müdiri Xəyal Məmmədovdur. Kitablar "Brayl nəşriyyatı" və "Zərdabi-Nəşr" tərəfindən çap olunub.
Kitab təqdimatında Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, bp-nin Xəzər regionu üzrə kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Brayl Nəşrləri İnformasiya Resurs Mərkəzinin direktoru, naşir Mayis Muradov çıxış edərək layihənin reallaşması və əhəmiyyəti barədə düşüncələrini bölüşüblər.
Daha sonra Sabirə Abdullayevanın aparıcılığı ilə iki hissəli konsert proqramı keçirilib. Birinci hissədə gözdən əlillərə həsr edilən mahnı və şeirlər Mutellim Demirov, Yaqut Xelilzade, Fəxrəddin Salim, Zülfiyyə Qurbanovanın ifasında, Səxavət Məmmədov, Ağa Əliyev və Səid Cabbarlının müşayiəti ilə eşidilib, ikinci hissədə isə Gözdən Əlil Uşaqlar üçün 38 nömrəli Onbirillik Musiqi Məktəbin şagirdləri musiqi nömrələri təqdim ediblər.
Qeyd edək ki, brayl əlifbasında "Azərbaycan nağılları" (İsa Muğanna), "Kollu Koxa" (Anar), "Əlaqə" (Mövlud Süleymanlı), "Dəyirman" (Çingiz Hüseynov), "Adını demədi" (Əli Kərim), "Mavi nəğmənin sahilində" (Sabir Əhmədli), "Yamacda nişanə" (Yusif Səmədoğlu), "Soyuq daş" (Elçin), "Beş dəqiqə və əbədiyyət" (Musa Yaqub), "Payız tənhalığı" (Maqsud İbrahimbəyov), "Bütün yaxşılıqlara ölüm" (Səfər Alışarlı), "Dağlar bizə baxır" (Vaqif Səmədoğlu), "Qəmimizlə salamlaşaq" (Salam Sarvan), "Heykəl tənhalığı" (Aqşin Yenisey), "Zamandan qovulmuş" (Oskar Uayld), "Diqqətdən kənar qalan qadın" (Səbahəddin Əli), "Şüşə saray" (Kobo erAbe), "İstehkam" (Henrix Heyne) və "Hars səfəri" kitabları nəşr olunub.