Gözəgörünməz qapılar açılır elə bil... | Icma.az
Icma.az, Modern.az portalına istinadən məlumat verir. Yeni ilin gəlişi – təqvim dəyişməsi, sanki insanın iç dünyasında nələrinsə zəngin bir
Gözəgörünməz qapılar açılır elə bil: bəzən keçmişə, bəzən gələcəyə, bəzən isə özümüzə...
Təqvimlərdə rəqəmlərin dəyişməsi sadəcə xronoloji bir hadisə deyil; hər bir insan üçün bu, fərqli anlamlar daşıyır - belə olmasaydı, bayram günləri, il təzələnməsi də sıradan bir gün kimi ötüb-keçərdi, elə deyilmi?
Bir uşağın həyəcanla ilkqar dənəsinə toxunduğu o həyəcanlı an kimi, yeni il də yaş-baş gözləmədən, hər kəsin ruhunda bir fərqli iz buraxır.
Kimisi üçün sevinc, kimisi üçün qərib bir kövrəklik, kimisi üçünsə bir sual: hara gedir bu yollar?
Bəlkə də, sevinclə kədərin - bayramlara görə onu bir az dəyişik yazaq - kövrəkliyin arasında çoxlu rəng var, rəng yoxsa, çalarlar var, o da yoxsa, illa hansısa kateqoriya üzrə başqa nələrsə vardır… Bax, o nələrsədən biri sualdır; sual özü bir dəyərdir - hələ-hələ özümüz özümüzə ünvanlayınca… Hər sualın da illa bir cavabı vardır, əlbət, vardır cavabı… Ancaq ilin son günü, təzə ilin öncəsi #suallar da bayram tətilinə çıxsın, yalnız cavablar, müəyyənliklər qalsın meydanda.
Ümid, ümiddən ötə inam at oynatsın ortalıqda - at oynamasa, barı ilanoynadan gəlsin meydana - deyirlər təzə il ilan üstdə gəlir: əgər bu yaraşdırmada bir hikmət varsa, qoy, o #hikmət ilahi kəramətə qarışsın və insanlara, insanlığa, flora və faunaya, təbiətə yaxşılıq gətirsin, gözəllik üstünə gözəllik yaysın, anlam içrə yeni anlamlar qazansın və qazandırsın.
Dekabr ayı, ilin son nəfəsi, həm də sükunətin tələffüzü kimidir.
Tam oxu
Xəbəri oxu