“Gözəl Zəhram, bilmirəm nə deyim” Fərhad Mehdiyevdən ürəkdağlayan sözlər

17.06.2026

Icma.az bildirir, Olke.az portalına istinadən.

Tanınmış vəkil Fərhad Mehdiyev yol qəzasında ölən qızı Zəhra Mehdizadədən yazıb və valideynlərə çağırış edib.  

Ölkə.az xəbər verir ki, o, sosial şəbəkə hesabında yazıb:

“Gözəl Zəhram. Bilmirəm nə deyim. O bunları oxumur, amma onsuz çox pisəm. Mənə yazıb halımı soruşmayın. Cavab verə bilmirəm”.

F.Mehdiyev valideynləri övladlarının təhlükəli nəqliyyat vasitələri sürməsinə icazə verməməyə çağırıb:

“Uşaqlarınızı və doğmalarınızı byke sürməyə qoymayın. Sevdiklərinizlə daha çox vaxt keçirin. Onları qara torpaq bağrına basmadan, siz bağrınıza basin”.

Qeyd edək ki, F.Mehdiyevin qızı iyunun 16-da Bakı-Sumqayıt yolunda baş verən yol qəzası nəticəsində ölüb. 

Zəhra Mehdizadənin idarə etdiyi motosiklet “Mercedes” markalı avtomobillə toqquşub. Xəsarət alan qızın həyatını xilas etmək mümkün olmayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью