Gözəllər yanımda xəzələ döndü Hüseyn Cavid

17.07.2026

Kulis.az saytına istinadən Icma.az xəbər verir.

Kulis.az "Günün şeiri" rubrikasından Hüseyn Cavidin “Azər” poemasından bir qoşmanı təqdim edir.

Hər gülşənə vardım, çiçəklər güldü,
Sevdalı bülbüllər səlamə gəldi.
Hər bəzmə uğradım, meylər töküldü,
Qədəһlər öpüşüb xüramə gəldi.
Almaslar, incilər qarşımda söndü,
Gözəllər yanımda xəzələ döndü,
Büllur qəһqəһələr susmuş göründü,
Susmuş kəmançalar ilhamə gəldi.
Pərişan zülfümü dağıtdım üzə,
Seһr etdi bir teli sanki bir gözə,
Gördülər qarışmış gecə-gündüzə,
Ölülər nəşədən qiyamə gəldi.

"Yenə əzəlkidir, baxışın, səsin..." - Anna Axmatovanın şeirləri Xalq şairinin yeganə oğlu vəfat etdi Kölgədə qalan dahi - Andrea del Sarto və İntibahın qüsursuz fırçası
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью