Gözəllik kraliçası qəfil vəfat etdi: 22 yaşında

09.09.2026

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İndiki "Miss Avstriya" titulunun sahibi Lusiya Sisiç qəfil vəfat edib. Onun cəmi 22 yaşı olub.

“Cebheinfo.az” xəbər verir ki, "Miss Avstriya" və "Mister Avstriya" müsabiqələrini təşkil edən " Mission Austria" təşkilatının rəsmi açıqlamasında deyilir: 

"2024-cü il "Miss Avstriya" müsabiqəmizin qalibi Lusiya Sisiçin vəfat etməsini böyük şok və dərin kədərlə öyrəndik".

Avstriyanın "Die Presse" qəzetinin məlumatına görə, Sisiç 2024-cü ildəki qələbəsindən sonra müsabiqələr artıq keçirilmədiyi üçün indi də gözəllik kraliçası olaraq qalıb.

Ölümün rəsmi səbəbi hələ açıqlanmayıb. Lakin əvvəllə Lusiya sağlamlıq problemləri barədə danışıb. O, anadangəlmə ürək qapağı qüsuru ilə doğulub və yeddi böyük əməliyyat keçirib.

2024-cü ilin avqust ayında model “Instaqram”-da emosional bir mesaj paylaşaraq həyatını xilas etdikləri üçün uşaq kardioloqlar komandasına təşəkkür edib.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью