Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
Braziliyada gənclər arasında keçirilən gözəllik müsabiqəsinin qalibi katolik rahibə olub.
Ölkə.Az-ın "Newsroom Panama"ya istinadən məlumatına görə, Kamila Rodriqez Kardozo 18 yaşında "Miss Continent" müsabiqəsinin qalibi olub. Gözəllik kraliçası "Miss Brazil" və "Miss Universe" yarışmasında namizəd sayılırdı, ona modellik müqavilələri təklif edilyi və şou-biznesə dəvət olunduğu halda qəfildən qlamur sənayesini tərk edib.
Gənc qadın həyatını Allaha xidmətə həsr etməyə qərar verib. O, atası vəfat edəndə doqquz yaşında iman gətirdiyini deyib. Gözəllik müsabiqəsində qalib gəldikdən sonra Kardozo bunun ona rahatlıq gətirmədiyini söyləyib və bu yoldan imtina etmək qərarına gəlib.
Qızın indi 21 yaşı var. O, Eva adı ilə monastırda yaşayır və gecəqondularda yaşayan uşaqlara dərs deyir. O, etiraf edib ki, evlilik təklifləri almağa davam edir, lakin onları ciddi qəbul etmir. İndi onun həyatı yalnız Allaha məxsusdur.
Ölkə.Az