Gözəllik salonunda işçi QƏFİL ÖLDÜ

21.04.2026

Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Abşeron rayonunda ölüm hadisəsi qeydə alınıb.
AZXEBER.COM "Teleqraf"a istinadən xəbər verir ki, hadisə Masazır qəsəbəsində yerləşən qadın gözəllik salonlarından birində baş verib.

1997-ci il təvəllüdlü Surxay Rəhimov işlədiyi zaman qəfildən halı pisləşib və o, hadisə yerindəcə vəfat edib.

Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью