Gözəllik salonunda işləyənlər vergi ödəyəcək

18.11.2026

Axsham.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Gözəllik xidmətləri göstərənlər 5 il vergi ödəyicisi olacaq. 

Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, gözəllik xidmətləri göstərən şəxslərə münasibətdə sadələşdirilmiş vergi dərəcələrinin tətbiqi hüququnun 5 il müddətinə verilməsi (nağd dövriyyə 8%, nağdsız dövriyyə 6%), habelə ƏDV ödəyicisi kimi gözəllik xidmətləri göstərən şəxslər tərəfindən dövlət büdcəsinə ƏDV hesablanarkən onların nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizinin ƏDV tutulan ümumi dövriyyələrindən çıxılması təklif olunur.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью