Gözəllik salonundakı ödənişlərdən ƏDV ala bilərik? CAVAB

08.07.2026

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Lent.az -ın "Bir sual, bir cavab" rubrikasının bu dəfəki mövzusu gözəllik salonlarına verilən ödənişlərdən ƏDV almaqla bağlıdır.

Gözəllik salonlarındakı ödənişlərə görə ƏDV almaq olar?

Lent.az xəbər verir ki, Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ƏDV ödəyicisi olan bərbarxana, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən istehlakçılara göstərilən xidmətlərə görə ƏDV qaytarılır. 

ƏDV-nin qaytarılması zamanı Vergi Məcəlləsi ilə müəyyən edilmiş tələblərə cavab verən nəzarət-kassa aparatı qəbzinin olması vacibdir. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью